Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcek yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.
Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır. Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı.
Bu mütərəqqi və uzaqgörən yanaşma Azərbaycan xalqının monolit birliyini təmin edərək dövlətimizi qlobal arenada aparıcı güclərdən birinə çevirdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu