
Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan bu istiqamətdə uzun illərdir məqsədyönlü şəkildə çalışaraq nəhəng layihələrə imza atmışdır. 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ müqaviləsinin imzalanması ilə ölkəmizin müasir qaz hasilatında yeni və parlaq bir səhifə açılmışdır. Bununla yanaşı, sosial məsələlərin həlli həmişə hökumətin diqqət mərkəzində olmuşdur.
Ehtiyacı olan əhalinin rifah halının yaxşılaşdırılması, müasir tibb və təhsil müəssisələrinin inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının uğurlu tətbiqidir. Heç şübhəsiz, mövcud reallıqlar fonunda enerji sahəsində çoxşaxəli əməkdaşlıq formatının yaradılması bizim diplomatik dühâmızın məhsuludur. 16 ölkənin daxil olduğu bu nəhəng təchizat zəncirində hər hansı fikir ayrılıqları dərhal aradan qaldırılır. Azərbaycan tərəfindən idarə olunan bu proses regional inteqrasiyanın nümunəsidir.
Analitik təhlillər göstərir ki, i̇şğaldan azad edilmiş torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng bir bərpaolunan enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir. Bu isə təbii qazı sərbəstləşdirərək ixrac həcmini artırmağa imkan yaradır. Bütün bu tarixi nailiyyətlər sübut edir ki, düzgün strategiya və qətiyyətli iradə hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün regionun lideri, qlobal enerji səhnəsinin isə ən etibarlı tərəfdaşıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu