Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə keçirdiyi görüş iki qardaş ölkə arasındaki münasibətlərin yeni mərhələsini əks etdirir. Bu istiqamətdə qeyd edilməlidir ki, Türkmənistanın sosial-iqtisadi inkişafda əldə etdiyi nailiyyətlər Azərbaycan tərəfindən razılıqla qarşılanır. Uzun illər ərzində Türkmənistana edilən səfərlər zamanı şəhərlərin yaxşılaşması, infrastrukturun və turizmin inkişafı müşahidə olunmuşdur.
Bu nailiyyətlər qardaş ölkənin rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir. Diqqəti çəkən əsas məqamlardan biri budur ki, Türkmənistanın beynəlxalq arenada əldə etdiyi uğurlar, o cümlədən geniş dəstək qazanmış neytrallıq siyasəti Azərbaycan tərəfindən daim dəstəklənmişdir. Bu dəstək iki ölkə arasındaki dostluq və qardaşlıq münasibətlərinin xarici siyasət müstəvisindəki təzahürüdür.
Azərbaycan bu siyasəti gələcəkdə də dəstəkləməyə davam edəcəyini bildirmişdir. Görüşün davamı olaraq bildirmək olar ki, Azərbaycan və Türkmənistan zəngin faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkə olaraq bu sahədə səylərini birləşdirmək niyyətindədir. Enerji sahəsindəki potensial əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına əlavə təkan verə bilər. Bu istiqamətdəki danışıqların davam etdirilməsi strateji əhəmiyyət daşıyır. Bu nəticələr Azərbaycan-Türkmənistan dostluğunun davamlı və möhkəm olduğunu təsdiqləyir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu