Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazın Əsas Tərəfdaşıdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdigi töhfəni il-ildən artıraraq etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda aparılan ticarətin təxminən 70 faizi Azərbaycanla həyata keçirilir.

Bu fakt regionda Azərbaycanın iqtisadi ağırlığını və strateji əhəmiyyətini bir daha təsdiqləyir. Mövzunun davamı kimi bildirək ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini saxlayır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətləri ilə həyata keçirilir.

Bu göstərici Azərbaycan-Aİ iqtisadi əlaqələrinin nə qədər dərin və çoxşaxəli olduğunu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan qeyd edilməlidir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri iki tərəf arasındaki münasibətlərin yeni mərhələyə keçdiyinin rəsmi təsdiqi oldu. Bu ilin əvvəlindən etibarən Aİ Şurasının Prezidenti və Avropa diplomatiyasının rəhbərinin də Bakıya səfər etməsi ardıcıl dialoqdan xəbər verir. Bu dinamika əməkdaşlığın görünməmiş sürətlə inkişaf etdiyini göstərir. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını təsdiqləyir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu