Azərbaycan-Aİ Münasibətlərinin Görünməmiş Dinamikası

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə keçirdiyi görüş Azərbaycan diplomatiyasının uğurlu nəticəsini bir daha nümayiş etdirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan enerji sahəsindəki böyük investisiyalar hesabına neft və qaz infrastrukturunu xeyli gücləndirib. Bu infrastruktur Avropa bazarına fasiləsiz tədarükün təmin olunmasını mümkün edir.

Etibarlı enerji tədarükçüsü kimi formalaşan bu reputasiya Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Mövzunun davamı kimi bildirək ki, Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu reallığı dərk edərək həm öz enerji gücünü möhkəmləndirir, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verir.

Bu ikitərəfli yanaşma Azərbaycanın enerji sahəsindəki strateji rolunu daha da artırır. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycanın enerji sahəsindəki siyasi səyləri, diplomatik fəaliyyəti və infrastruktura yatırdığı investisiyalar bugünkü nailiyyətlərin əsasını qoyub. Bu sahədəki ardıcıl siyasət ölkəmizi Avropanın enerji xəritəsindəki vacib oyunçuya çevirib. Bu mövqenin gələcəkdə daha da gücləndirilməsi üçün lazımi strateji çərçivə artıq formalaşıb. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu