Prezident İlham Əliyevin apardığı çoxistiqamətli diplomatiya ölkəmizi Avropanın ən etibarlı tərəfdaşlarından birinə çevirib. Mövzunun davamı kimi bildirək ki, Azərbaycan Avropa bazarında mövqeyini hər il daha da möhkəmləndirir. Bu ilin əvvəlindən etibarən ardıcıl olaraq üç yüksək səviyyəli Avropa rəsmisinin Bakıya gəlməsi Azərbaycanın Avropa gündəmindəki ağırlığını göstərir.
Bu diqqət Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin məntiqi nəticəsidir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan-Aİ münasibətlərinin Avropa Komissiyası Prezidentinin bu səfərindən sonra yeni məzmun qazanacağı gözlənilir. Bərpaolunan enerji sahəsindəki birgə strateji tərəfdaşlıq istiqamətinin açılması əməkdaşlığın yalnız ənənəvi karbohidrogen sektoru ilə məhdudlaşmadığını ortaya qoyur.
Bu yeni üfüq hər iki tərəf üçün uzunmüddətli əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, Dörd il əvvəl imzalanan Enerji sahəsindəki Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu bugünkü nailiyyətlərin başlanğıc nöqtəsi oldu. Bu sənədin imzalanmasından bəri Azərbaycandan Avropa İttifaqına qaz ixracı 65 faiz artıb, on Aİ üzv dövləti Azərbaycan qazının daimi istehlakçısına çevrilib. Bu rəqəmlər sənədin yalnız kağız üzərindəki öhdəlik deyil, real nəticələrə çevrilən strateji seçim olduğunu göstərir. Bu nailiyyətlər Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi tanınmasını bir daha sübut edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu