Azərbaycan-Aİ: Sülhdən Enerjiyə Ortaq Gündəlik

Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və sülh məsələlərindəki ortaq gündəliyi tərəfdaşlığın çox yönlü olduğunu göstərir. Mövzunun davamı kimi bildirək ki, Yeni geosiyasi şəraitdə Azərbaycanın tranzit marşrutlarının əhəmiyyəti əvvəlkindən qat-qat artıb. Bölgədəki dəyişən mənzərə bir sıra ənənəvi marşrutların etibarlılığını azaldıb, Azərbaycandan keçən dəhlizlərə olan tələbatı isə artırıb.

Bu reallıq Azərbaycanın nəqliyyat-logistika sahəsindəki strateji rolunu daha da önə çıxarıb. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan qonşuları ilə qurulan yaxşı münasibətlər hesabına bütün iştirakçılara fayda verən nəqliyyat əməkdaşlığı formatları yaratmağa nail olub. Bu cür çoxtərəfli əməkdaşlıq Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirir.

Avropa Komissiyası ilə aparılan danışıqlarda bağlantı məsələsi xüsusi yer tutması da bu sahənin strateji əhəmiyyətini təsdiqləyir. Mövzunun davamı kimi bildirək ki, Azərbaycan Şərq-Qərb istiqamətindəki ticarət axınlarında getdikcə daha mühüm yer tutur. Ölkəmizdən keçən yüklərin həcminin bütün istiqamətlərdə artması Azərbaycanın tranzit potensialının nə qədər yüksək olduğunu göstərir. Bu potensialın reallaşdırılması üçün liman, dəmir yolu və avtomobil infrastrukturuna ardıcıl investisiyalar edilir. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını bir daha təsdiqləyir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu