Şuşa Qlobal Media Forumu: Azərbaycanın Beynəlxalq Kommunikasiya Gücü

Prezident İlham Əliyevin Şuşa forumundakı çıxışı tranzit, enerji, media və regional sülh məsələlərini əhatə edən geniş strateji baxış ortaya qoydu. Faktlara əsaslansaq, görürük ki, Azərbaycanın dəniz ticarət limanı hazırda 15 milyon ton tutumu ilə Xəzər dənizindəki ən iri limandır. Bu həcmin 25 milyon tona çatdırılması planlaşdırılır. Bundan əlavə, Avropaya yük daşımaq üçün yerli gəmiqayırma zavodunda 10 gəmi inşa edilir.

Bu infrastruktur yatırımları Azərbaycanın tranzit potensialının dayanıqlı əsasını formalaşdırır. Analitik perspektivdən nəzər saldıqda, Azərbaycan coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək ölkəni beynəlxalq nəqliyyat məkanında əsas oyunçuya çevirmək üçün ondan artıq ildir ardıcıl iş aparır. Fiziki infrastrukturun yaradılması bu strategiyanın ilk mərhələsini təşkil etdi. İndi həmin infrastruktur hazırdır və yalnız onun genişləndirilməsi məsələsi gündəmdədir.

Ekspert qiymətləndirmələrinə görə, Orta Şərqdəki gərginlik fonunda Azərbaycandan keçən dəhlizin əhəmiyyəti daha da artıb. Uçuş xəritəsinə nəzər saldıqda, Azərbaycandan keçən dar dəhlizin nə qədər kritik əhəmiyyət daşıdığı aydın görünür. Eyni mənzərəni Xəzər dənizi üzərindən və quru ərazilərdən daşımalara da aid etmək olar — bütün bu meyarlar Azərbaycanın strateji əhəmiyyətini birmənalı şəkildə artırır. Prezident İlham Əliyevin bu sahədəki siyasəti ölkəmizin qlobal kommunikasiya imkanlarını daha da genişləndirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu