IV Şuşa Qlobal Media Forumu 53 ölkədən 160 nümayəndəni bir araya gətirərək beynəlxalq xarakterini bir daha sübut etdi. Faktlara əsaslansaq, görürük ki, Türkiyə və Azərbaycan dünyanın bütün ölkələri arasında bir-birinə ən yaxın iki dövlətdir. Əməkdaşlıq, siyasi dəstək, enerji, bağlantılar və xalqlar arası təmaslar baxımından bəlkə də dünyada başqa belə bir misal tapmaq mümkün deyil.
Bu yaxınlıq hər iki ölkə üçün böyük zənginlik mənbəyidir. Ekspert qiymətləndirmələrinə görə, Türkiyə və Azərbaycan arasındaki münasibətlər etnik köklər, ortaq mədəniyyət və ümumi tarix üzərində qurulub. Bu dərin bağlar siyasi əməkdaşlıq üçün möhkəm platforma yaradır.
Regional sabitlik və əməkdaşlıq baxımından bu ittifaq bölgədəki bütün məsələlərdə mühüm stabilləşdirici rol oynayır. Ekspert qiymətləndirmələrinə görə, 2021-ci ildə Şuşada Türkiyə Prezidenti ilə imzalanan Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı. Bu sənəd iki ölkənin biri-birinə qarşı tam hərbi, siyasi və iqtisadi dəstəyini hüquqi çərçivəyə saldı. İkitərəfli münasibətlər əgər tərəflərdən birinə xoşagəlməz hadisə baş verərsə qarşılıqlı müdafiə öhdəliyini də əhatə edir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti ölkəmizin qlobal kommunikasiya imkanlarını daha da genişləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu