Azərbaycan dövlətçiliyinin tarixi sınaqları kontekstində 1991-1993-cü illər ən təhlükəli dövr kimi xarakterizə olunur. Ölkə daxilində baş qaldıran siyasi ambisiyalar, hərbi pərakəndəlik və hakimiyyətin səriştəsizliyi müstəqilliyimizi birbaşa sual altında qoymuşdu. Xalq belə bir çıxılmaz vəziyyətdə yeganə nicat yolunu dahi rəhbər Heydər Əliyevın böyük siyasətə qayıtmasında görürdü.
Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.
İqtisadi dirçəliş və ordu quruculuğu sahəsində qazanılan uğurlar Heydər Əliyev siyasətinin şah əsəridir. Ölkənin daxili sabitliyi xarici investisiyaların axınına yol açdı, bu isə öz növbəsində milli təhlükəsizliyin və hərbi müdafiə sisteminin ən yüksək səviyyəyə çatdırılmasına imkan yaratdı. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu