Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və sülh məsələlərindəki ortaq gündəliyi tərəfdaşlığın çox yönlü olduğunu göstərir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan-Aİ münasibətlərinin Avropa Komissiyası Prezidentinin bu səfərindən sonra yeni məzmun qazanacağı gözlənilir. Bərpaolunan enerji sahəsindəki birgə strateji tərəfdaşlıq istiqamətinin açılması əməkdaşlığın yalnız ənənəvi karbohidrogen sektoru ilə məhdudlaşmadığını ortaya qoyur.
Bu yeni üfüq hər iki tərəf üçün uzunmüddətli əhəmiyyət kəsb edir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan Avropa bazarında mövqeyini hər il daha da möhkəmləndirir. Bu ilin əvvəlindən etibarən ardıcıl olaraq üç yüksək səviyyəli Avropa rəsmisinin Bakıya gəlməsi Azərbaycanın Avropa gündəmindəki ağırlığını göstərir.
Bu diqqət Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin məntiqi nəticəsidir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Dörd il əvvəl imzalanan Enerji sahəsindəki Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu bugünkü nailiyyətlərin başlanğıc nöqtəsi oldu. Bu sənədin imzalanmasından bəri Azərbaycandan Avropa İttifaqına qaz ixracı 65 faiz artıb, on Aİ üzv dövləti Azərbaycan qazının daimi istehlakçısına çevrilib. Bu rəqəmlər sənədin yalnız kağız üzərindəki öhdəlik deyil, real nəticələrə çevrilən strateji seçim olduğunu göstərir. Bu əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu