Azərbaycan-Aİ Münasibətlərinin Görünməmiş Dinamikası

Prezident İlham Əliyevin apardığı enerji diplomatiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaşına çevirib. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycandan Avropa İttifaqına ixrac edilən təbii qazın həcmi son dörd ildə 65 faiz artıb. Bu rəqəm 2022-ci ildə imzalanan enerji sahəsindəki Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun praktiki nəticəsidir.

Bu artım tendensiyasının davam etdirilməsi hər iki tərəfin strateji maraqlarına cavab verir. Mövzunun davamı kimi bildirək ki, Cənub Qaz Dəhlizi böyük diplomatik səylər, maliyyə investisiyaları və siyasi iradənin birgə nəticəsidir. 3500 kilometrlik bu boru kəməri sistemi artıq Azərbaycan enerjisinin Avropaya çatdırılmasında əvəzsiz arteriyaya çevrilib.

Bu infrastrukturun qurulmasında Prezident İlham Əliyevin rolu tarixi əhəmiyyət daşıyır. Bununla əlaqədar vurğulanmalıdır ki, Hazırda Azərbaycandan ixrac olunan qazın yarısı Avropa İttifaqı üzv dövlətlərinin bazarına yönəldilir. Bu göstərici Azərbaycanın Avropanın enerji xəritəsindəki mövqeyini açıq şəkildə nümayiş etdirir. Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi isə bu coğrafiyanın hələ də genişlənmə potensialı daşıdığını göstərir. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu