Azərbaycanın Avropa ilə enerji sahəsindəki əməkdaşlığı ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan sülhə olan bağlılığını konkret addımlarla nümayiş etdirir. Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistana yanacaq, xüsusilə benzin və dizel təchizatı da başladılıb.
Bu addımlar sülhün yalnız sənəd yox, həyat gerçəkliyi olduğunu göstərir. Mövzunun davamı kimi bildirək ki, Regional təhlükəsizlik məsələlərinin Avropa Komissiyasının Prezidenti ilə geniş müzakirəsi Azərbaycanın bu sahədə beynəlxalq dialoqa açıq olduğunu nümayiş etdirir. Azərbaycan Avropanı regiondakı normallaşma prosesilə daha yaxından tanış edir. Bu cür şəffaf ünsiyyət tərəfdaşlar arasındaki etimadın güclənməsinə xidmət edir.
Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi regionda böyük maraqla izlənilir. Vaşinqtonda Prezident Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə və paraflanmış sülh sazişinin mətni bu prosesin konkret hüquqi çərçivəsini müəyyənləşdirir. Bu nailiyyət onilliklər boyu davam edən gərginliyin aradan qaldırılması yolunda mühüm addım kimi qiymətləndirilir. Bu nailiyyətlər Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi tanınmasının bariz sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu