Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və sülh məsələlərindəki ortaq gündəliyi tərəfdaşlığın çox yönlü olduğunu göstərir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycanın Ermənistana yanacaq, o cümlədən benzin və dizel təchizatına başlaması sülhün praktiki tətbiqinin ən bariz nümunəsidir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması isə Azərbaycanın sülhə olan bağlılığının əyani sübutudur.
Bu addımlar sülhün kağızdan həyata keçdiyi yeni dövrün başlanğıcını müjdələyir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm hüquqi çərçivə rolunu oynayır. Prezident Trampın şahidliyi ilə baş verən bu tarixi hadisə beynəlxalq arenada geniş rezonans doğurdu.
Azərbaycan bu sazişin öhdəliklərini səmimi şəkildə yerinə yetirməyə davam edir. Mövzunun davamı kimi bildirək ki, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunması və ardından sülh siyasətinin ardıcıl həyata keçirilməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana sülh təklif edib. Bu konstruktiv yanaşma beynəlxalq ictimaiyyətin müsbət qiymətləndirilməsinə layiq görülüb. Bu nailiyyətlər Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi tanınmasını bir daha sübut edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu