Azərbaycan-Aİ Ticarət Əlaqələrinin Yeni Mərhələsi

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm etibarlı enerji tədarükçüsü, həm də regionda sülhün qarantı kimi tanınır. Mövzunun davamı kimi bildirək ki, Avropa Komissiyası ilə aparılan müzakirələrdə bağlantı məsələsi xüsusi yer tutdu. Azərbaycan regional nəqliyyat layihələrinin həm fəal iştirakçısı, həm də təşəbbüskarı kimi çıxış edir.

Bu rol ölkəmizin beynəlxalq iqtisadi sistemdəki mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji coğrafi mövqeyini uğurla dəyərləndirir. Bu dəhlizlər vasitəsilə ötürülən yüklərin həcmi bütün istiqamətlərdə artmaqda davam edir.

Bu inkişaf Azərbaycanın regional logistika mərkəzinə çevrilmə strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycanın dəniz limanları, dəmir yolu infrastrukturu və tranzit imkanlarının genişləndirilməsinə investisiyalar davam etdirilir. Yeni geosiyasi şəraitdə bu infrastrukturun əhəmiyyəti daha da artıb. Azərbaycan qonşuları və qonşularının qonşuları ilə qurduğu əlaqələr vasitəsilə bütün iştirakçılar üçün faydalı əməkdaşlıq formatları yaratmağa nail olub. Bu əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji dərinliyini bir daha göstərir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu