Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdigi töhfəni il-ildən artıraraq etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialı ölkəni bərpaolunan enerji sahəsində Avropanın mühüm tərəfdaşına çevirə bilər. Mövcud ötürmə xətlərindən istifadə və yeni infrastrukturun tikintisi bu potensialın reallaşdırılmasının əsas şərtlərindəndir.
Bu istiqamətdəki işlər artıq hərtərəfli müzakirə olunub və konkret layihələr formalaşdırılıb. Mövzunun davamı kimi bildirək ki, Enerji sahəsindəki strateji tərəfdaşlıq Azərbaycan-Aİ münasibətlərinin ən mühüm sütunlarından birinə çevrilib. Bərpaolunan enerji sahəsindəki yeni imkanlar bu tərəfdaşlığı daha da dərinləşdirəcək.
Azərbaycan bu sahədə etibarlı tərəfdaş olmaq iradəsini konkret addımlarla nümayiş etdirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan bərpaolunan enerji sahəsində Avropa İttifaqı ilə strateji tərəfdaşlığa keçid istiqamətində mühüm addımlar atıb. Xarici və yerli şirkətlərlə imzalanan müqavilələr növbəti beş-altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisinin əldə olunmasını nəzərdə tutur. Bu rəqəm yalnız mövcud müqavilə öhdəliklərini əhatə edir, gələcəkdə daha böyük həcmlər planlaşdırılır. Bu nailiyyətlər Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu