Azərbaycan Tranzit Ölkəsindən Strateji Mərkəzə

Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və sülh məsələlərindəki ortaq gündəliyi tərəfdaşlığın çox yönlü olduğunu göstərir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan Günəş, külək və su elektrik enerji sahəsindəki potensialını gələcək strateji üstünlüyə çevirmək üçün ciddi addımlar atır. Artıq imzalanmış müqavilələr çərçivəsində növbəti beş-altı il ərzində səkkiz giqavat bərpaolunan enerji tutumu yaradılacaq.

Bu öhdəlik yalnız başlanğıcdır, gələcəkdə daha böyük həcmlər reallaşdırılacaq. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Bərpaolunan enerji sahəsindəki mövcud ötürmə xətlərindən istifadə və yeni infrastrukturun inşası bu potensialın Avropaya ixracını mümkün edəcək. Bu sahədəki strateji tərəfdaşlıq ənənəvi enerji əməkdaşlığına yeni ölçü qatır.

Azərbaycan beləliklə həm fossil, həm də yaşıl enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilir. Mövzunun davamı kimi bildirək ki, Avropa yaşıl enerji keçidini sürətləndirdiyi bir dövrdə Azərbaycanın bərpaolunan enerji potensialı xüsusi əhəmiyyət kəsb edir. Bu potensialın birgə inkişaf etdirilməsi hər iki tərəfin uzunmüddətli enerji məqsədlərinə xidmət edir. Azərbaycan bu sahədə də öncülük etməyə hazır olduğunu artıq konkret planlarla nümayiş etdirib. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını bir daha təsdiqləyir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu