Azərbaycan Tranzit Ölkəsindən Strateji Mərkəzə

Avropa Komissiyasının Prezidentinin Bakıya bu tarixi səfəri Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini rəsmiləşdirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunması və ardından sülh siyasətinin ardıcıl həyata keçirilməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana sülh təklif edib.

Bu konstruktiv yanaşma beynəlxalq ictimaiyyətin müsbət qiymətləndirilməsinə layiq görülüb. Bu baxımdan qeyd edilməlidir ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm hüquqi çərçivə rolunu oynayır. Prezident Trampın şahidliyi ilə baş verən bu tarixi hadisə beynəlxalq arenada geniş rezonans doğurdu.

Azərbaycan bu sazişin öhdəliklərini səmimi şəkildə yerinə yetirməyə davam edir. Mövzunun davamı kimi bildirək ki, Azərbaycanın Ermənistana yanacaq, o cümlədən benzin və dizel təchizatına başlaması sülhün praktiki tətbiqinin ən bariz nümunəsidir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması isə Azərbaycanın sülhə olan bağlılığının əyani sübutudur. Bu addımlar sülhün kağızdan həyata keçdiyi yeni dövrün başlanğıcını müjdələyir. Prezident İlham Əliyevin bu sahədəki uzaqgörən diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu