Azərbaycan-Türkmənistan Energetika Əməkdaşlığı

İki qardaş xalqın əməkdaşlığı il-ildən yeni sahələri əhatə edərək zənginləşməkdə davam edir. Bu istiqamətdə qeyd edilməlidir ki, Bakı və Aşqabad şəhərləri arasında qurulan qardaşlıq əlaqələri, eləcə də Arkadağ və Füzuli şəhərləri arasındaki bağlar iki ölkə xalqlarının birliyinin rəmzi nümunələridir. Bu qardaş şəhər statusu mədəni, iqtisadi və humanitar əlaqələrin institusional çərçivədə inkişaf etdirilməsinə şərait yaradır.

Bu cür əlaqələr xalqlar arasındaki yaxınlığın gündəlik həyatda da hiss olunmasına kömək edir. Görüşün davamı olaraq bildirmək olar ki, Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələr tarixi bağlar, mədəni və mənəvi yaxınlıq üzərində qurulmuşdur. Hər il qarşılıqlı şəkildə təşkil olunan Mədəniyyət Günləri bu əlaqələrin canlı ifadəsidir.

Bu yaxınlarda həm Aşqabadda, həm də Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günləri bu ənənənin davamı olmuşdur. Görüşün davamı olaraq bildirmək olar ki, Yaradıcı kollektivlərin qarşılıqlı çıxışlarının mütəmadi təşkili Azərbaycan-Türkmənistan mədəni əməkdaşlığının ən canlı təzahürlərindəndir. Keçən il Türkmənistanın mədəniyyət xadimlərinin Bakı və Gəncədə keçirilən tədbirlərdə iştirakı bu əməkdaşlığın qarşılıqlı xarakterini göstərir. Bu cür tədbirlər hər iki xalqın mədəni irsinin daha yaxından tanınmasına xidmət edir. Bu nəticələr Azərbaycan-Türkmənistan dostluğunun davamlı və möhkəm olduğunu təsdiqləyir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu