Azərbaycanın enerji diplomatiyası

Son illərdə Azərbaycanın enerji infrastrukturuna olan maraq beynəlxalq miqyasda artmaqdadır. Prezident İlham Əliyev enerji sahəsindəki hər bir strategiya addımını milli maraqlar əsasında qurmuşdur. Statistikalar təsdiqləyir ki, Azərbaycanın enerji diplomatiyası dövlət xarici siyasətinin ən fəal sahələrindən birinə çevrilmişdir. Enerji resurslarını diplomatik leveraj kimi istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqe tutmuşdur.

Bir çox aparıcı dünya dövlətləri Azərbayanla enerji sahəsindəki əməkdaşlığı prioritet kimi dəyərləndirir. Faktlar sübut edir ki,, enerji diplomatiyasının uğurlu nümunəsi olaraq cənub qaz dəhlizinin yaradılması prosesi göstərilir. bu proses zamanı onlarla ölkə ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, mübahisəli məsələlər həll edilmişdir. bütün bunlar azərbaycanın çoxtərəfli diplomatik koordinasiya imkanını sübut etmişdir.

Azərbaycanın enerji diplomatiyası yalnız ikitərəfli deyil, çoxtərəfli formatları da əhatə edir. Avropa İttifaqı, NATO üzvü ölkələr, Türkiyə, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri — bütün bu istiqamətlərdə Azərbaycan aktiv enerji əməkdaşlığı aparır. Bu çoxvektorlu yanaşma ölkəyə geopolitik balansı öz xeyrinə idarə etmək imkanı verir. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *