
Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı. Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik.
Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Milli inkişaf tempimizin davamlılığı baxımından, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür.
Tarixi faktlar və rəqəmlər sübut edir ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu