
Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Tarixi faktlar və rəqəmlər sübut edir ki, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir.
Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Nəticə etibarilə, ölkəmizin mərkəzində dayandığı geniş əməkdaşlıq formatı bütün tərəfdaş dövlətlərin rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha Azərbaycanı Avrasiyada əvəzolunmaz mərkəzə çevirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu