
Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir. O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.
Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz addımlar atılıb. Şərq-Qərb dəhlizinin genişləndirilməsi çox vacibdir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çatdırılmasında əsas tranzit dövlət vəzifəsini yerinə yetirir.
Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu