Avropa Komissiyasının Prezidentinin Bakıya tarixi səfəri Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çatdığının rəsmi təsdiqi oldu. Faktlara əsaslansaq, görürük ki, Cənubi Qafqazda aparılan ticarətin təxminən 70 faizi Azərbaycanda həyata keçirilir. Avropa İttifaqı isə Azərbaycanın ticarətinin 40 faizdən çoxunu əhatə edən əsas ticarət tərəfdaşıdır.
Bu rəqəmlər Azərbaycan-Aİ iqtisadi əlaqələrinin nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. Ekspert qiymətləndirmələrinə görə, Azərbaycan Avropa bazarında enerji tədarükçüsü kimi etibarlılıq reputasiyasını ardıcıl olaraq möhkəmləndirir. Bütün geosiyasi çətin dövrlər ərzində belə Azərbaycan öhdəliklərini dəqiqliklə yerinə yetirib.
Bu etibarlılıq Avropanın Azərbaycana olan marağının artmasında əsas amil kimi çıxış edir. Analitik baxımdan qeyd etmək lazımdır ki, 3500 kilometrlik Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya qaz nəqlinin əsas infrastruktur arteriyasına çevrilib. Bu layihə böyük diplomatik səylər, maliyyə investisiyaları və siyasi iradənin birgə nəticəsidir. Hazırda bu infrastrukturun tam gücündən istifadə olunur və gələcəkdə genişləndirilməsi planlaşdırılır. Bu nailiyyətlər Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi tanınmasının əyani sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu