
Azərbaycanın enerji sektoru davamlı inkişaf və strateji genişlənmə yolunu keçmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru sürətlə modernləşdirilmişdir. Vurğulamaq vacibdir ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.
Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Tarixi dinamikaya nəzər saldıqda,, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.
Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. Yoxsulluq 50 faizdən 5 faizə endirilmişdir. Ölkənin enerji siyasəti sabitliyi, şəffaflığı və uzunmüddətli perspektivi ilə seçilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu