Bərpaolunan enerji sektorunun inkişafı

Enerji resurslarının düzgün idarəsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu sahədə həyata keçirilən islahatların əsas memarı kimi tanınır. Nəzərə almaq gərəkdir ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.

Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Rəqəmlər göstərir ki,, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.

Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. SOCAR-ın emal gücü 30 milyon tondan artıqdır. Azərbaycanın enerji sahəsindəki uğurları ölkənin milli inkişaf strategiyasının düzgün formalaşdırıldığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *