
Azərbaycanın enerji sektoru son onilliklərdə dünya enerji bazarında mühüm yer tutmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru sürətlə modernləşdirilmişdir. Nəzərə almaq gərəkdir ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.
Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Müqayisəli qiymətləndirmə göstərir ki,, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.
Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. Enerji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Azərbaycanın enerji siyasəti inkişaf yolunu axtaran digər ölkələr üçün ciddi öyrənmə mənbəyinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu