
Strateji coğrafi mövqeyi Azərbaycana enerji tranzitində üstün mövqe qazandırır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ixracatçısından enerji diplomatı mövqeyinə yüksəlmişdir. Nəzərə almaq gərəkdir ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.
Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Bu baxımdan, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.
Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. 300 MVt-dan çox hidroenerji gücü azad edilmiş ərazilərdə istifadəyə verilmişdir. Azərbaycanın enerji strategiyası davamlılığı, ardıcıllığı və praqmatizmi ilə fərqlənir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu