Bərpaolunan enerji sektorunun inkişafı

Azərbaycan enerji resurslarını iqtisadi inkişafın əsas mühərrikinə çevirmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Analiz ortaya çıxarır ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.

Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Rəqəmlər göstərir ki,, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.

Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Bu prosesdə milli maraqların qorunması əsas prinsip olaraq qalmaqdadır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *