
Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik. Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər.
Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz əməkdaşlığa çağıran ədalətli qüvvəyik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu