
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Məsələnin fəlsəfəsinə diqqət etsək, xarici yardımlara möhtac qalan respublikadan kosmik sənayesi olan bir Azərbaycana uzanan yol qətiyyətin əsəridir.
Təbii sərvətlər yalnız doğru əllərdə xalqa xoşbəxtlik gətirə bilir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır. Eyni zamanda qeyd olunmalıdır ki, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır.
Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu