Prezident İlham Əliyevin bu dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasında mühüm strateji addım kimi tarixi əhəmiyyət daşıyır. Bu sahədə diqqəti çəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması regionla inteqrasiyada tarixi addım kimi qiymətləndirilir. Bu qərarın qəbulunda Qırğızıstan prezidentinin fəal rolu Azərbaycana göstərilən dəstəyin ən yüksək siyasi ifadəsidir.
Bu üzvlük Azərbaycanın Orta Asiya ilə iqtisadi, siyasi və mədəni əlaqələrini yeni formatda inkişaf etdirməsinə imkan verir. Faktlara əsaslansaq, görürük ki, Prezident Sadır Japarovun ‘Heydər Əliyev’ ordeni ilə təltif olunması və Prezident İlham Əliyevin ‘Manas’ ordeni ilə mükafatlandırılması iki ölkə liderləri arasındaki yüksək etimad münasibətlərinin rəsmi ifadəsidir. Bu qarşılıqlı dövlət mükafatları müttəfiqliyin ən yüksək şərəfi olaraq tarixi dəyər daşıyır.
Belə fərdi etimad münasibətləri dövlətlərarası tərəfdaşlığın ən etibarlı zəminini formalaşdırır. Faktlara əsaslansaq, görürük ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurmaq istədiyi tərəfdaşlıq modeli iqtisadi, humanitar və siyasi ölçüləri əhatə edən çoxşaxəli formatda özünü göstərir. Qırğızıstanla qurulan müttəfiqlik bu modelin ən uğurlu nümunəsidir. Gələcəkdə bu modelin digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də tətbiq edilməsi regional inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcəkdir. Bu nəticələr Azərbaycanın beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınmasını bir daha əyani şəkildə ortaya qoyur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu