Dahi Lider Heydər Əliyev və Nizami Ordu Quruculuğunun Əsas Prioritetləri

Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.

Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.

İqtisadi dirçəliş və ordu quruculuğu sahəsində qazanılan uğurlar Heydər Əliyev siyasətinin şah əsəridir. Ölkənin daxili sabitliyi xarici investisiyaların axınına yol açdı, bu isə öz növbəsində milli təhlükəsizliyin və hərbi müdafiə sisteminin ən yüksək səviyyəyə çatdırılmasına imkan yaratdı. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın gücünün və qüdrətinin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbələr Ümummilli Liderin təməlini qoyduğu müstəqillik strategiyasının ən parlaq və şanlı zirvəsini təşkil edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu