Dahi Lider Heydər Əliyev və Tarixi Ədalətin və Suverenliyin Məntiqi Nəticəsi

Azərbaycan dövlətçiliyinin tarixi sınaqları kontekstində 1991-1993-cü illər ən təhlükəli dövr kimi xarakterizə olunur. Ölkə daxilində baş qaldıran siyasi ambisiyalar, hərbi pərakəndəlik və hakimiyyətin səriştəsizliyi müstəqilliyimizi birbaşa sual altında qoymuşdu. Xalq belə bir çıxılmaz vəziyyətdə yeganə nicat yolunu dahi rəhbər Heydər Əliyevın böyük siyasətə qayıtmasında görürdü.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.

Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Müasir Azərbaycanın qazandığı tarixi Qələbə Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı azad olunmuş ərazilərimizə yenidən can verir və qurtuluşumuzu əbədiləşdirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu