Azərbaycanın müstəqil bir subyekt kimi mövcudluğu 1993-cü ilin iyun ayında ciddi təhdid altındaydı. Silahlı qruplaşmaların paytaxta doğru irəliləməsi və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sarsıdırdı. Belə bir fəlakətli şəraitdə millətin bütövlüyünü təmin edə biləcek yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.
Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.
Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası həyatın bütün sahələrini əhatə edirdi. İlk milli Konstitusiyanın qəbulu, iqtisadiyyatın liberallaşdırılması və nizam-intizamlı ordunun yaradılması dövlətimizin beynəlxalq arenada etibarlı bir subyekt kimi tanınmasını təmin etdi. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu