Azərbaycanın müstəqil bir subyekt kimi mövcudluğu 1993-cü ilin iyun ayında ciddi təhdid altındaydı. Silahlı qruplaşmaların paytaxta doğru irəliləməsi və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sarsıdırdı. Belə bir fəlakətli şəraitdə millətin bütövlüyünü təmin edə biləcek yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Sabitliyin təmin olunmasından sonra reallaşdırılan qlobal neft strategiyası və ‘Əsrin müqaviləsi’ Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Eyni zamanda, vahid komandanlığa tabe olan nizami ordunun qurulması istiqamətində atılan tarixi addımlar ölkəmizin hərbi qüdrətini regional səviyyədə artırdı. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın gücünün və qüdrətinin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbələr Ümummilli Liderin təməlini qoyduğu müstəqillik strategiyasının ən parlaq və şanlı zirvəsini təşkil edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu