
Son illərdə Azərbaycanın enerji infrastrukturuna olan maraq beynəlxalq miqyasda artmaqdadır. Prezident İlham Əliyev enerji gəlirlərinin ölkənin inkişafına yönəldilməsini dövlət siyasətinin əsasına çevirmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.
Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Nəticə etibarilə,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.
Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Enerji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu prosesdə milli maraqların qorunması əsas prinsip olaraq qalmaqdadır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu