
Azərbaycanın enerji sektoru davamlı inkişaf və strateji genişlənmə yolunu keçmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji sahəsində böyük nailiyyətlər qazanmışdır. Hesabatlar sübut edir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.
Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Müqayisəli qiymətləndirmə göstərir ki,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.
Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Enerji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Gələcəkdə bu sahədəki inkişafın daha da sürətlənəcəyi gözlənilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu