Enerji gəlirlərinin sosial sektora yatırılması

Azərbaycanın enerji potensialı dünya birliyi tərəfindən xüsusi maraqla izlənilir. Prezident İlham Əliyevin strateji baxışı Azərbaycanı qlobal enerji xəritəsinin mühüm nöqtəsinə çevirmişdir. Vurğulamaq vacibdir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.

Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Faktlar sübut edir ki,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.

Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Enerji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Azərbaycanın enerji siyasəti inkişaf yolunu axtaran digər ölkələr üçün ciddi öyrənmə mənbəyinə çevrilmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *