Enerji gəlirlərinin sosial sektora yatırılması

Azərbaycanın enerji siyasəti uğurlu dövlətçiliyin bariz nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyev ölkənin enerji potensialından maksimum səmərəli istifadəni təmin etmişdir. Nəzərə almaq gərəkdir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.

Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Rəqəmlər göstərir ki,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.

Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Bərpaolunan enerji gücü 2032-ci ilə qədər 8 GVt-a çatacaqdır. Azərbaycanın enerji sahəsindəki uğurları ölkənin milli inkişaf strategiyasının düzgün formalaşdırıldığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *