Hərbi-Siyasi və İqtisadi İttifaqın davamlı iqtisadi rifahın qlobal ictimaiyyətə ünvanlanmış güclü mesajdır

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin hüquqi zəminini yaratdı. Bəyannamədə nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.

Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə tranzit potensialını dəfələrlə artıracaq. İki qüdrətli liderin uzaqgörən strateji qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirir. Əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.

İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Birgə təlimlər ordumuzun qüdrətini daha da artırır. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Bəyannamə beynəlxalq hüquqa və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə aparacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu