Azərbaycan-Avropa İttifaqı münasibətlərindəki dinamika iki tərəfin strateji maraqlarının nə qədər üst-üstə düşdüyünü göstərir. Bununla əlaqədar vurğulanmalıdır ki, Avropa Komissiyasının Prezidentinin Bakıya bu səfəri iki tərəf arasındaki münasibətlərin yeni keyfiyyət mərhələsinə çatdığının rəsmi göstəricisidir. Bakıda aparılan geniş müzakirələrdə enerji, nəqliyyat, regional təhlükəsizlik və ticarət məsələləri ətraflı şəkildə nəzərdən keçirilib.
Bu cür hərtərəfli gündəlik tərəfdaşlığın dərinliyini özündə əks etdirir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər çox mühüm inkişaf mərhələsindədir. Bu ilin əvvəlindən Avropa İttifaqı Şurasının Prezidenti, Avropa diplomatiyasının rəhbəri və nəhayət Avropa Komissiyasının Prezidentinin ardıcıl olaraq Bakıya səfər etməsi əməkdaşlıqdakı görünməmiş dinamikanın bariz nümunəsidir.
Bu yüksək sürətli dialoq hər iki tərəfin əməkdaşlığı genişləndirmək iradəsini açıq şəkildə nümayiş etdirir. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan-Aİ münasibətlərindəki canlı dinamika Prezident İlham Əliyevin Avropa ilə qurmaq istədiyi strateji tərəfdaşlığın meyvəsidir. Bu münasibətlər enerji sahəsindəki strateji anlaşma memorandumundan gündəmin bütün maddələrini əhatə edən geniş dialoga doğru inkişaf edib. Bu keyfiyyət sıçrayışı iki tərəf üçün də faydalı nəticələr verir. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını bir daha sübut edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu