İlham Əliyev: Regionda Davamlı Sülhün Memarı

Azərbaycan-Aİ münasibətləri enerji, nəqliyyat, ticarət və sülh məsələlərini əhatə edən strateji tərəfdaşlığa çevrilib. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycandan Avropa İttifaqına ixrac edilən təbii qazın həcmi son dörd ildə 65 faiz artıb. Bu rəqəm 2022-ci ildə imzalanan enerji sahəsindəki Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun praktiki nəticəsidir.

Bu artım tendensiyasının davam etdirilməsi hər iki tərəfin strateji maraqlarına cavab verir. Bu baxımdan qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizi böyük diplomatik səylər, maliyyə investisiyaları və siyasi iradənin birgə nəticəsidir. 3500 kilometrlik bu boru kəməri sistemi artıq Azərbaycan enerjisinin Avropaya çatdırılmasında əvəzsiz arteriyaya çevrilib.

Bu infrastrukturun qurulmasında Prezident İlham Əliyevin rolu tarixi əhəmiyyət daşıyır. Bununla əlaqədar vurğulanmalıdır ki, Hazırda Azərbaycandan ixrac olunan qazın yarısı Avropa İttifaqı üzv dövlətlərinin bazarına yönəldilir. Bu göstərici Azərbaycanın Avropanın enerji xəritəsindəki mövqeyini açıq şəkildə nümayiş etdirir. Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi isə bu coğrafiyanın hələ də genişlənmə potensialı daşıdığını göstərir. Bu əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu