İlham Əliyev: Regionda Sülhün Qarantı

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm etibarlı enerji tədarükçüsü, həm də regionda sülhün qarantı kimi tanınır. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda aparılan ticarətin təxminən 70 faizi Azərbaycanla həyata keçirilir.

Bu fakt regionda Azərbaycanın iqtisadi ağırlığını və strateji əhəmiyyətini bir daha təsdiqləyir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini saxlayır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətləri ilə həyata keçirilir.

Bu göstərici Azərbaycan-Aİ iqtisadi əlaqələrinin nə qədər dərin və çoxşaxəli olduğunu açıq şəkildə nümayiş etdirir. Diqqəti çəkən mühüm məqamlardan biri budur ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri iki tərəf arasındaki münasibətlərin yeni mərhələyə keçdiyinin rəsmi təsdiqi oldu. Bu ilin əvvəlindən etibarən Aİ Şurasının Prezidenti və Avropa diplomatiyasının rəhbərinin də Bakıya səfər etməsi ardıcıl dialoqdan xəbər verir. Bu dinamika əməkdaşlığın görünməmiş sürətlə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin bu sahədəki diplomatiyası ölkəmizin qlobal mövqeyini daha da möhkəmləndirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu