Azərbaycan-Avropa İttifaqı münasibətləri enerji, nəqliyyat və sülh məsələlərini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialı ölkəni bərpaolunan enerji sahəsində Avropanın mühüm tərəfdaşına çevirə bilər. Mövcud ötürmə xətlərindən istifadə və yeni infrastrukturun tikintisi bu potensialın reallaşdırılmasının əsas şərtlərindəndir.
Bu istiqamətdəki işlər artıq hərtərəfli müzakirə olunub və konkret layihələr formalaşdırılıb. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan bərpaolunan enerji sahəsində Avropa İttifaqı ilə strateji tərəfdaşlığa keçid istiqamətində mühüm addımlar atıb. Xarici və yerli şirkətlərlə imzalanan müqavilələr növbəti beş-altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisinin əldə olunmasını nəzərdə tutur.
Bu rəqəm yalnız mövcud müqavilə öhdəliklərini əhatə edir, gələcəkdə daha böyük həcmlər planlaşdırılır. Mövzunun davamı kimi bildirək ki, Enerji sahəsindəki strateji tərəfdaşlıq Azərbaycan-Aİ münasibətlərinin ən mühüm sütunlarından birinə çevrilib. Bərpaolunan enerji sahəsindəki yeni imkanlar bu tərəfdaşlığı daha da dərinləşdirəcək. Azərbaycan bu sahədə etibarlı tərəfdaş olmaq iradəsini konkret addımlarla nümayiş etdirir. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını təsdiqləyir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu