İlham Əliyevin Avropa Komissiyası ilə Uğurlu Dialoqu

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm etibarlı enerji tədarükçüsü, həm də regionda sülhün qarantı kimi tanınır. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan-Ermənistan normallaşma prosesi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ötən ilin avqustunda Vaşinqtonda Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar.

Bu tarixi addım regionda uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradır. Bununla əlaqədar vurğulanmalıdır ki, Azərbaycan sülhü yalnız kağız üzərindəki sənəd kimi deyil, gündəlik həyatda hiss olunan gerçəklik kimi qurur. Azərbaycan öz ərazisi üzərindən Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.

Üstəlik, yanacağın Ermənistana təchiz edilməsi də bu sülh siyasətinin konkret nümunəsidir. Bu baxımdan qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün bərqərar olması üçün mühüm birtərəfli addımlar atıb. Bu addımlar ölkəmizin sülhə olan səmimi bağlılığının əyani sübutu kimi beynəlxalq arenada yüksək qiymətləndirilir. Bu cür konstruktiv yanaşma Azərbaycanın dünya ictimaiyyəti qarşısında nüfuzunu daha da artırır. Bu nəticələr Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı rol oynadığını təsdiqləyir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu