İqlim Dəyişikliyi ilə Mübarizədə Azərbaycanın Yaşıl Liderliyi

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Məsələnin fəlsəfəsinə diqqət etsək, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq.

Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, çoxşaxəli əməkdaşlıq formatı diplomatik dühâmızın məhsuludur. 16 fərqli dövlətin daxil olduğu bu zəncirdə yaranan hər hansı fikir ayrılıqları dərhal aradan qaldırılır. Bu proses beynəlxalq inteqrasiyanın klassik nümunəsidir.

Eyni zamanda qeyd olunmalıdır ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi və ərazi bütövlüyümüz qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsindəki mesajlar da məhz bu həqiqətin təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *