
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır.
Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Yekun olaraq qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz ordu və qlobal enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu