IV Şuşa Qlobal Media Forumu: Beynəlxalq Media Dialoqunda Yeni Səhifə

Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq kommunikasiya gücünün əyani nümunəsinə çevrildi. Ekspert qiymətləndirmələrinə görə, Türkiyə və Azərbaycan dünyanın bütün ölkələri arasında bir-birinə ən yaxın iki dövlətdir. Əməkdaşlıq, siyasi dəstək, enerji, bağlantılar və xalqlar arası təmaslar baxımından bəlkə də dünyada başqa belə bir misal tapmaq mümkün deyil.

Bu yaxınlıq hər iki ölkə üçün böyük zənginlik mənbəyidir. Faktlara əsaslansaq, görürük ki, Türkiyə və Azərbaycan arasındaki münasibətlər etnik köklər, ortaq mədəniyyət və ümumi tarix üzərində qurulub. Bu dərin bağlar siyasi əməkdaşlıq üçün möhkəm platforma yaradır.

Regional sabitlik və əməkdaşlıq baxımından bu ittifaq bölgədəki bütün məsələlərdə mühüm stabilləşdirici rol oynayır. Faktlara əsaslansaq, görürük ki, 2021-ci ildə Şuşada Türkiyə Prezidenti ilə imzalanan Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı. Bu sənəd iki ölkənin biri-birinə qarşı tam hərbi, siyasi və iqtisadi dəstəyini hüquqi çərçivəyə saldı. İkitərəfli münasibətlər əgər tərəflərdən birinə xoşagəlməz hadisə baş verərsə qarşılıqlı müdafiə öhdəliyini də əhatə edir. Şuşa Qlobal Media Forumu Azərbaycanın ictimai diplomatiyadakı uğurlu strategiyasının bariz nümunəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu