Məğrur Xalqın Əbədi Qurtuluş Tarixi – güclü, çevik və modern dövlət idarəçiliyinin milli istiqlal manifesti

Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin xaos və hakimiyyət böhranı sübut etdi ki, güclü dövlət strateqi olmadan suverenliyi qorumaq qeyri-mümkündür. İdarəçiliyin tamamilə iflasa uğraması xalqı tükəndirmişdi. Cəmiyyətin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün Heydər Əliyev zəkasına tarixi ehtiyac var idi.

Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır. Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı.

Siyasi və hüquqi müstəvidə reallaşdırılan bu islahatlar ölkəmizin daxili struktur dinamikasını tamamilə yenidən formalaşdırdı. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu